CƏMİYYƏT 2020.11.07 17:45

Ukrayna polisi konsulluğa hücum edən erməniləri axtarır: “Bu, alçaq cinayətdir”

29

Ukrayna hüquq-mühafizə orqanları Azərbaycanın Xarkovdakı konsulluğunun atəşə tutulmasından sonra ölkədəki Azərbaycan və Ermənistanın bütün nümayəndəliklərini mühafizə altına alacaq. Bu barədə Ukrayna Milli Polis İdarəsinin rəisi İqor Klimenko bildirib.

“Polis bu alçaq cinayətdə iştirak edən şəxslərin tutulması və dövlətimizin ərazisində millətlərarası qarşıdurmaların baş verməməsi üçün bütün səylərini səfərbər edəcək. Azərbaycan və Ermənistanın bütün rəsmi nümayəndəlikləri yaxın vaxtlarda polisin mühafizəsinə götürüləcək. Hər kəsi, xüsusən də diaspor nümayəndələrini, Ukrayna ərazisində yerləşən hər iki dövlətin vətəndaşlarını bir-birilərinə qarşı tolerantlığa və səbrli olmağa çağırırıq”, – deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Xarkov şəhərində ölkənin fəxri konsulluğunun binasının atəşə tutulduğunu, itki olmadığını və xuliqanlıq maddəsi ilə cinayət işi başlandığını bəyan edib. Silahlı hücumun ermənilər tərəfindən törədilməsi şübhə doğurmur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı