DÜNYA 2020.10.10 09:00

Ukrayna qaydaları sərtləşdirdi: Ermənistandan gələnlər…

30

Ermənistandan Ukraynaya gedən sərnişinlərdə COVID-19-un aşkarlanması halları kəskin şəkildə artıb.

Dialoq.info Report-a istinadən xəbər verir ki, bu, iki ölkə arasında bir sıra problemlərə səbəb olub. Belə ki, Ukrayna Ermənistandan səfər edənlərə qarşı karantin tələblərini sərtləşdirib.

Qeyd edilir ki, Ermənistanda COVID-19-a yoluxanların sayının kəskin artması səbəbindən bu ölkənin adı yenidən Ukrayna Səhiyyə Nazirliyinin “qırmızı zona” siyahısına salınıb.

Ermənistandan Ukraynaya gedən bütün sərnişinlər COVID-19 sığortasına malik olmalıdır. Eyni zamanda onlar Ukraynada 14 günlük məcburi təcridetmə və ya koronavirus testindən keçməli olacaqlar. Əgər koronavirus testindən keçənlərdə virus aşkarlanmasa, onda onlar avtomatik olaraq təcridetmə rejimindən çıxarılacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı