CƏMİYYƏT 2020.10.18 12:30

Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi

31

Ukraynanın ölkəmizdəki səfirliyi Azərbaycanı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Səfirliyin sosial şəbəkə hesabında təbrik mətni paylaşılıb:

“Oktyabrın 18-i dünya azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən ayrılması ilə bağlı “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı