ƏSAS SƏHİFƏ

Ulucay Akif – “Kənd qızı”

Ulucay Akif

“Kənd qızı”. müəllif : Ulucay Akif ( Məmmədov Ulucay Akif oğlu)

Süsənli, sünbüllü gül qoxusuyla
Oxumaq eşqiylə, elm arzusuyla
Yarımçıq bölünmüş o yuxusuyla
Bir payız səhəri gəldi Bakıya.

Sevinci boluydu, çoxuydu həvəs
Həyəcan doluydu, kəsilmiş nəfəs
Bilirdi gəlməyib Bakıya əbəs
Oxumaq adıyla gəldi Bakıya.

Sünbül hörüklərin açdl kənd qızı,
Yaxa düyməsini açdı kənd qızı.
Elə bil özündən qaşdı kənd qızı.
Axı niyə gəldi o qız Bakıya?

Amma bilmirdi ki, bura kənd deyil
Üzünə hər gülən ona bənd deyil
Acıdı, zəhərdi, bura qənd deyil
Çox heyif, çox nahaq gəldi Bakıya.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı