CƏMİYYƏT 2020.11.21 22:15

Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar – Rusiya XİN rəhbəri

27

Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Rusiya XİN rəhbəri bildirib:

“Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı