BAXIŞ BUCAĞI 2020.05.23 14:06

“Ümidvaram, indən belə mədəniyyətimiz yeni inkişafa qədəm qoyacaq” – Rəşad Mahmud yazır

38

Bildiyiniz kimi Əbülfəz Qarayev nazir postundan azad edildi.

Arzumuzdur və ümidvarıq ki, bu qədər istedadlı yazarların içərisindən yazdıqları ilə Nobel mükafatı iddialıları çıxacaq.

Azərbaycan teatrı və kinosu yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

İncəsənətin, mədəniyyətin bütün sahələrində intibah və inkişaf mərhələsi başlayacaq.

İstedadlı gənclərimiz dövlət dəstəyi ilə yetişdirilib təbliğ ediləcək, sağlam istedad mübarizəsi mühiti yaradılacaq və.s.

Bu, reallığa çevrilsin istərdim. Yeni təyin ediləcək nazir Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişaf etdirilməsi aşiqi olsun, bütün fəaliyyəti canü- könüldən, sevgi ilə, usanmazlıqla millətinin mədəni -maarif intibahını yüksəltmək olsun.

İnanın belə birisinin fəaliyyəti, dramaturqlar, yazıçılar, şairlər, kinoşünaslar, rəssamlar və digər çoxsaylı incəsənət xadimləri ordusunu az bir zamanda yetişdirər…

Ən güclü mədəniyyətə malik xalqlar ən güclü müdafiə sisteminə malikdirlər.

Rəşad Mahmud

Şair-publisist, Ziyalılar Mərkəzinin İdarə Heyətinin üzvü

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı