ƏSAS SƏHİFƏ

“Ümumdünya Autizm Məlumatlandırma günü” müsabiqəsi

1.1K

Aprel ayı ümumdünya Autizm marifləndirmə ayı ilə əlaqədar AİDA Uşaq Psixologiya Mərkəzi sizi 2 aprel 16:00 da Park Bulvar Ticaret merkezindeki ödenişsiz diaqnostikada iştirak etməyə dəvət edir. Ödənişsiz diaqnostikada iştirak edən hər bir kəsə AİDA Uşaq Psixologiya Mərkəzində endirimli təlimlər təklif olunur.
Əgər uşağınızda aşağıdakı əlamətlər varsa

1.Başqa insanlara qarşı marağın olmaması.
2.Başqasının gözünə baxa bilməmək.
3.Başqa uşaqlarla oynaya bilməmək.
4.Başqa isanlarla ünsiyyəti yarada bilməmək, ünsiyyətdən qaçmaq.
5.Səbəbsiz gülmək, ağlamaq.
6.Eyni sözü və ya eyni hərəkəti təkrarlamaq.
7.Hər hansı bir dəyişikliyə qarşı güclü neqativ reaksiya vermək.
8.Tək qalmağı sevmək.
9.Təmasdan və qucağa alınmaqdan xoşlanmamaq.
10.Öz istəklərini hərəkətlərlə bildirmək. O zaman bizim mərkəzə müraciət edə bilərsiz.

Aida Uşaq Psixologiya Mərkəzi “2 aprel Ümumdünya Autizm Məlumatlandırma günü” münasibəti ilə müsabiqə elan edir!!!
Müsabiqədə yaşından, ixtisasından asılı olmayaraq hər bir kəs iştirak edə bilər. Müsabiqə zamanı müxtəlif başlıqlar altında Autizmi təsvir edən məqələlər qəbul olunacaqdır. Məqalələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 2 aprel tarixində keçiriləcək tədbir zamanı qalib elan ediləcəkdir.

Müsabiqənin şərtləri:
1. Məqalələr Microsoft Office Word proqramında, Times New Roman formatında və 12 şriftlə yazılmalıdır. Məqalənin ölçüsü 2 A4 səhifəsindən artıq olmamalıdır.
2. Məqalənin tamamı hər hansı kitabdan, saytdan və ya başqa məqalələrdən tərcümə edilməməlidir. Bu kimi məqalələr müsabiqədən kənarlaşdırılacaqdır.
3. Məqalənin sonunda istifadə olunan ədəbiyyat siyahısı qeyd edilməlidir.
4. Məqalənin sonunda ad, soyad, təhsil aldığı müəssisə, ixtisas, kurs və əlaqə nömrəsi qeyd edilməlidir.
5. Məqalələr @[NjQyMTgzOTU5MjA4MTA3Omh0dHBcYS8vcHNpeG9sb3Eub3JnLzo6:psixoloq.org]@gmail.com email ünvanına məqalə adı və məqaləyə uyğun şəkil ilə birlikdə göndərilməlidir.
6. Məqalələrin son qəbul tarixi 30.03.2015-ci ildir.

Mükafatlar
İlk 3 yerin sahibi Aida Uşaq Psixologiya Mərkəzi tərəfindən sertifikatla təltif ediləcəkdir.
Əlavə olaraq:
1. Birinci yerin sahibinə Aida Uşaq Psixologiya Mərkəzi tərəfindən 50 azn-lik hədiyyə çeki+ sahibinə Aida Uşaq Psixologiya Mərkəzi-ndə 1 ay müddətində praktika keçmək şansı+ Çetin Özbey “ Yalnızlıq ölkəsinə səyahət” kitabı.
2. İkinci yerin sahibinə Aida Uşaq Psixologiya Mərkəzi-ndə 1 ay müddətində könüllü kimi fəaliyyət göstərmə şansı+ Çetin Özbey “ Yalnızlıq ölkəsinə səyahət” kitabı
3. Üçüncü yerin sahibinə Aida Uşaq Psixologiya Mərkəzində 50 faizlik endirim kuponu + Çetin Özbey “ Yalnızlıq ölkəsinə səyahət” kitabı

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı