UNEC-də e-pulların perspektivləri müzakirə olunub

UNEC-də “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.

UNEC Tədqiqat Fondunun təşkil etdiyi elmi seminarda fondun prezidenti Fərhad Əmirbəyov elektron iqtisadiyyatın idarəetmə, biznes və sosial sahələrin, eləcə də cəmiyyətin inkişafı üçün yeni təməl olduğunu bildirib. O, qlobal dünyada iqtisadiyyatın əsas trendlərindən sayılan e-maliyyənin iqtisadi inkişafın dinamikasında, məhsuldarlığın artırılmasında, yeni bazar və sənaye sahələrinin yaranmasında, davamlı inkişafın təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti, “Bəşəriyyət” Beynəlxalq Fondunun prezidenti, hüquq elmləri doktoru Ruslan Makarov “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, e-pul anlayışı, onun funksiyası, dünyada yayılması barədə geniş məlumat verib. R.Makarov alternativ valyuta növlərindən bəhs edərək, kriptovalyuta və e-pul vahidlərinin yaradılması, istifadəsi və digər müsbət xüsusiyyətləri barədə ətraflı məlumat verib. Regional e-pulun yaradılmasının məqsəd və vəzifələrindən danışan R.Makarov onların müxtəlif şəhərlərdə tətbiqinin qısa müddətdə güclü iqtsadi inkişafa nail olunduğu haqqında nümunələr göstərib. O, eyni zamanda, e-pulların müxtəlif dövlətlərdə tətbiqinin müsbət nəticələrindən bəhs edib.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, iqtisadiyyat tamamilə başqa bir xarakter almağa başlayıb və bu cür iqtisadiyyat xidmətin yeni növlərinin tətbiqini tələb edir. Elektorn pulların xüsusiyyətlərindən danışan rektor onun tətbiqinin nəticələrinin araşdırılmasının vacib olduğunu qeyd edib. O deyib ki, elektron pulların faydası haqqında dünyada əsasən bank və kompüter mütəxəssisləri danışsa da Azərbaycanda bu təşəbbüsü UNEC alimləri ələ almalı və e-pulun əhəmiyyətini əsaslandıran təkliflər hazırlamalıdırlar. Ehtiyac yaranarsa, e-pul məsələsində UNEC ekspertləri hökümətə müvafiq məsləhətlər verə bilərlər” – deyə Ə.Muradov vurğulayıb. Rektor ilk adım olaraq “UNEC ekspert” jurnalının növbəti sayının elektron pullara və kriptoavalyutalara həsr ediləcəyini, Azərbaycanda e-pulların tətbiqinin fayda və perspektivləri, həmçinin təhlükəli tərəflərinin təhlil ediləcəyini bildirib.

Elmi seminar müzakirələrlə davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here