Uşaq hüquqlarını bilmək və onları müdafiə etmək hər bir gəncin məsuliyyətidir çünki onlar bizim gələcəyimizdir . Buna görə də,
20 noyabr Uşaq hüquqları günü münasibətilə “Uşaq hüquqları” mövzusunda “Uşaq Hüquq Mərkəzi” tərəfindən təşkil olunan seminar keçiriləcəkdir. Seminar 20 noyabr saat 15:00 da 1 saylı “ASAN xidmət” mərkəzində baş tutacaqdır.
Seminarda müzakirə olunacaq mövzularla sizi tanış etmək istəyirik:
1. uşaq hüquqları 2. uşaq azadlıqları 3. uşaq və valideynin vəzifələri 4. ailə və cəmiyyətdə uşaq 5. uşaq və qanun pozuntusu 6. uşaqların müdafiəsi
