ƏSAS SƏHİFƏ

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

524

15 avqust tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində tullantılar və onların təkrar emalı mövzusuna həsr olunacaq növbəti təlim keçiriləcəkdir.

 

Təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesləri haqqında geniş məlumatlar çatdırılacaq və bu proseslərin Planetimiz, xüsusilə canlı aləm üçün əhəmiyyətdən bəhs ediləcəkdir, həmçinin “kiçik ekoloqlara” tullantıların çeşidlənməsi və azaldılması yolları izah ediləcəkdir.

 

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, süd qutusundan və plastik butulkadan quş yuvaları düzəltməklə istifadə olunmuş müxtəlif materiallardan ətraf mühit üçün yararlı olan əşyalar hazırlamağı öyrənəcəklər.

 

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq sayca səkkizinci təlim olan Avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verəcəkdir.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

20601_932487760130965_8840952861097790747_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı