CƏMİYYƏT 2020.03.26 23:00

Uşaqların doğumu haqqında şəhadətnamənin verilməsi ilə bağlı – Yenilik

46

Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr sosial xidmət müəssisələrinə də verilə biləcək.

Nazirlər Kabineti bununla bağlı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda müvafiq dəyişiklik edib.

Tərbiyə və müalicə müəssisələri isə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələrinin verildiyi subyektlər sırasından çıxarılıb.

Beləliklə, son dəyişiklikdən sonra yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı