DÜNYA 2020.05.04 07:43

ÜST nümayəndəsi pandemiyanın yayılmasının dayandığını açıqlayıb

38

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mariya van Kerxov koronavirus pandemiyasının yayıldığı Çinin Uhan şəhərindəki son durumla bağlı açıqlama verib.

ÜST nümayəndəsi Uhanda pandemiyanın yayılmasının dayandığını açıqlayıb.

“Pandemiyanın yayılmasının başlanğıcında ağır zərbə alan Uhanda durumun yaxşılaşmasını və yoluxma prosesinin dayanmasını eşitmək inanılmazdır. Yorulmadan göstərilən səylərə heyranlıq duyuram, bu xoş xəbərləri eşitmək bizi sevindirdi, təşəkkür edirəm”, – Kerxov bildirib.

O, karantin dövrü ərzində evdən çıxmayan insanlara da təşəkkür edib. Uhan şəhəri COVID-19 ilk dəfə təsbit edildikdən sonra – yanvar ayında giriş-çıxışlara bağlanılaraq, karantinə alınmışdı. Şəhərdəki məhdudiyyətlərin bir qismi aprel ayında ləğv edilmişdi. Məlumata görə, Çində koronavirusa yoluxan 82 875 nəfərin 77 min nəfəri sağalıb. 4 633 xəstə həyatını itirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı