ELM VƏ TƏHSİL 2020.11.04 15:50

Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə təsirləri – UNEC-də müzakirə

49

UNEC-də “Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri” mövzusunda onlayn seminar keçiriləcək.

Universitetdən verilən məlumata görə, UNEC Empirik Tədqiqatlar Mərkəzinin təşkil etdiyi seminarda Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda gedən vətən müharibəsinin əhalinin həyat məmnuniyyəti səviyyəsinə təsiri barədə müzakirələr aparılacaq və aparılan tədqiqatların nəticəsi açıqlanacaq.

Tədbir 6 noyabr saat 11:00-da ZOOM proqramı üzərindən aparılacaq. Mövzu ilə maraqlananlar seminarda iştirak edə bilərlər.

Tədbirin linki: https://zoom.us/j/95997820046

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı