ELM VƏ TƏHSİL

“Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti

968

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edildi

“Elektron Hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə səyləri nəticəsində daha bir e-arayış “Elektron Hökumət” portalına inteqrasiya edildi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunan “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” e-xidməti vasitəsilə artıq vətəndaşlar təhsil aldıqları ali və orta ixtisas təhsili barədə e-arayışı “Elektron Hökumət” portalından asanlıqla əldə edə biləcəklər. Vətəndaş portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olduqda avtomatik olaraq formalaşan e-arayışda aşağıdakı məlumatar öz əksini tapır:
Vətənadşın soyadı, adı və ata adı
Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
Qəbul üçün əsas
Təhsil müəssisəsinin adı
Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
Təhsil səviyyəsi
İxtisasın şifri, adı və təhsilalma forması
Təhsil üzrə cari vəziyyət
Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
Diplomun verilməsi haqqında əmrin tarixi
Diplomun növü

Bu haqda daha ətraflı məlumatı http://tqdk.gov.az/news/ict/1259/ linkinə daxil olaraq əldə etmək olar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı