ƏSAS SƏHİFƏ

Vətənpərvər Gənclərin İntellektual Yarışı

713

Əziz gənclər! Sizi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Xəzər” İntellektual Gənclər Klubu və DİA TGT-nin təşkilati dəstəyi ilə 25 aprel və 2 may tarixlərində keçiriləcək “Vətənpərvər Gənclərin İntellektual Yarışı” layihəsində iştirak etməyə dəvət edirik!

Layihənin keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini artırmaq, bu sahədə bacarığı olan və uğurlar qazanmış gənclərə diqqət ayırmaqla onların şəbəkəsini təşkil etməkdən ibarətdir. Layihə yarışma formasında təşkil olunacaq. Komandalar formasında bölünəcək layihə iştirakçıları çoxnövçülük üzrə intellektual yarışlarda özlərini sınamış olacaqlar.
Layihədə 16-35 yaş arası, vətənpərvər ruhlu və intellektual səviyyəsinə güvənən ixtisasından asılı olmayaraq hər bir Azərbaycan gənci iştirak edə bilər. Layihə çərçivəsində komandalar çox növçülük üzrə yarışlarda mübarizə aparacaqlar.
Müraciət edənlər arasından elektron müraciət formasındakı suallara verdikləri cavablara uyğun olaraq seçim aparılacaqdır. Sonda layihənin bağlanış mərasimi keçiriləcək, qalib komandalar mükafatlandırılacaq və iştirakçılar sertifikatla təltif olunacaqdır.

YARIŞIN PROQRAMI:
* 25 aprel- “Nə? Harada? Nə zaman?” ; “Breyn Ring” (8 komanda)
* 2 may- “Xəmsə” (8 komanda: seçim/final), Bağlanış və Mükafatlandırma mərasimi.

Əziz dostlar, layihədə iştirakçı sayı çox məhduddur. Bunun üçün vaxt itirmədən elektron müraciət formasını doldurmaq kifayətdir.
Layihədə iştirak tamamilə ÖDƏNİŞSİZDİR!
Hər kəsə uğurlar arzulayırıq!

Elektron müraciət forması:
http://goo.gl/forms/SNAApdpnhE

Son qeydiyyat tarixi: 22 aprel 2015-ci il

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı