ƏSAS SƏHİFƏ

Vakansiya: Arxiv və Ofis işləri üzrə Köməkçi

799

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının MƏRDƏKAN üçün Arxiv və Ofis işləri üzrə Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. Arxiv üzrə Köməkçi vəzifəsi üçün tələb olunanlar: Ali təhsil; MS Office proqramları üzrə biliklər (xüsusilə MS Excel) və çapetmə bacarığı; İşgüzarlıq və aktivlik; İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; Əla ünsiyyət və komanda ilə işləmək bacarığı; Bu vəzifə üçün iş təcrübəsi mütləq deyildir. “FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir. Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi- halınızı (CV) 8 Aprel 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər! Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz: Ünvan: Mərdəkan qəsəbəsi, Yesenin küç.84 Telefon: (012) 454 70 81

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı