ƏSAS SƏHİFƏ

Vakansiya: Assistant

939

Vəzifə Öhdəlikləri: • Şirkətin Bakı ofisi ilə baş ofisi və istehsal müəssisələri arasındakı ünsiyyət və işlərin əlaqələndirilməsini təşkil etmək. • İşçilər və qonaqların səfərlərini hazırlamaq. • Yazışma, təqdimat və məruzələri hazırlamaq və redaktə etmək. • Şirkətin Azərbaycan və ingilis dillərindəki daxili və xarici materiallarını tərcümə etmək. • Zəruri görüşlərdə, iclaslarda iştirak etmək və onların protokolunu hazırlamaq. • Rəhbərliyin görüş və qəbullarını planlaşdırmaq və cədvələ salmaq. • Faylları və sənədləri səliqəyə salmaq və saxlamaq. • Şəxsən üzbəüz və ya telefonda qonaqları salamlamaq və bütün sorğuları cavablandırmaq və ya müvafiq şəkildə əlaqələndirmək. • Ofisin gündəlik işlərini idarə etmək və peşəkar görünüşünü saxlamaq üçün ofis menecerinə kömək etmək. Namizədə aid tələblər: • Bakalavr dərəcəsi. • Biznes yazışma və görüşlərinin Azərbaycan və ingilis dillərinə tərcüməsi. • Microsoft Office proqramlarını mükəmməl istifadə bacarığı. 1C təcrübəsi üstünlükdür. • Azərbaycan və ingilis dillərində yazılı və şifahi şəkildə sərbəst bilmək. Rus dili biliyi üstünlükdür. • İntizamlı olmaq. • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. • Təşəbbüslərlə çıxış etmək. Qeyd: Şirkət haqqında: Woodpecker Mebel Şirkəti hər cür ev mebeli, o cümlədən yataq, qonaq və mətbəx dəstlərinin istehsalçısıdır. İstehsal sahələri Cəlilabadda, inzibati ofisləri Bakı və Cəlilabadda yerləşən Woodpecker öz məhsullarının satışını Azərbaycanın hər yerində həyata keçirir. Gənc və sürətlə böyüyən şirkət onunla işləməkdə maraqlı olan yaradıcı, intizamlı və çalışqan namizədlər axtarır. Maraqlanan namizədlər öz CV (təcrümeyi-hal) lərini 15 aprel 2015-ci il tarixədək [email protected] elektron ünvana təqdim edə bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı