ƏSAS SƏHİFƏ

Vakansiya: Baş mühasib

589

Şirkətin adı: Shamkir Excelsior Hotel

Yerləşdiyi yer: Şəmkir şəhəri

Vəzifə: Baş mühasib

Vəzifə və öhdəlikləri

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir; • Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması təmin edir; • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir; • Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir; • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir; • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır; • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir; • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir; • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir; • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.

Tələblər:

• Ali iqtisadi təhsil; • Baş mühasib kimi ən az 3 il iş təcrübəsi; • Beynəlxalq mühasibatlıq bilgiləri; • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli; • MS Office proqramlarını mükəmməl bilməli; • 1C mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməlidir; • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş Mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı