ƏSAS SƏHİFƏ

Vakansiya: Birbaşa satış şöbəsinin mütəxəssisi vəzifəsi

586

“Atəşgah Sığorta” şirkəti birbaşa satış şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) iş təcrübəsi olan, Azərbaycan və rus dillərini əla, ingilis dilini yaxşı bilən, MS Office kompyuter proqramlarını yaxşı səviyyədə bilən 23-30 yaşlı ali təhsilli kişi və ya qadın namizədlər müraciət edə bilərlər.

Namizədlər ünsiyyət qurmaq bacarığı, yüksək nitq mədəniyyəti, xoş xarici görünüş, müştəri ehtiyaclarını müəyyən etmək bacarığı, yüksək təqdimat bacarığına, stressə davamlılıq və münaqişələri həll etmə qabiliyyəti kimi şəxsi keyfiyyətlərə malik olmalıdırlar.

Əsas vəzifə öhdəlikləri
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• Təşkilatın daxili nizam-intizam qaydalarına qaydalarına riayət etmək;
• Şirkətdə qəbul olunmuş kommersiya sirrinin saxlanılması rejiminə əməl etmək;
• Gördüyü  işlərə dair gündəlik hesabat hazırlamaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İşçi ilə əmək müqaviləsi bağlanılır.
İş vaxtı həftənin 5 günü 09:00 – 18:00-dək.
İşçi şirkət tərəfindən nahar, görüşlər üçün avtomobil, korporativ nömrə və danışıq vaxtı ilə təmin olunur.
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir ) və yaxud 012 (940) nömrəsinə zəng edə bilər

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı