ƏSAS SƏHİFƏ

Vakansiya: Daşıma xidməti üzrə menecer

362

Namizədə dair əsas tələblər:

• Yaş: 27 yaşdan yuxarı • Təhsil: Ali (İdaertmə və iqtisadiyyat sahəsində), maqistr dərəcəsi üstün tutulur • İş təcrübəsi: Aparıcı şirkətlərdə5 ildən yuxarı daşıma idarəetmə təcrübəsi (ÇQX və SSX sahəsində çalışanlara üstünlük veriləcək, lüks mallar satışı sahəsində təcrübəli olanlara əlavə üstünlük veriləcək) • Cinsi: Fərq etmir • Təlim və sertifikasiya: Daşıma, Çatdırma və Quraşdırma idarəetmə sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

• Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı, vicdanlılıq və ədalətlilik prinsipini əsas tutmaq • Diı bacarıqları: Azərbaycan, Rus, İngilis dillərində sərbəst danışıq və yazma • Kompyuter bilikləri: MS Word, MS Excel, MS Power Point, MS Visio, ERP proqramlar • Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək • Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək • Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir • Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə • İstirahət: Həftənin 1 günü • İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə • Tabeçilik: Rəhbərlik • Tabe olanlar: bütün Daşıma və Çatdırma strukturları • Əmək haqqı və bonus: Təcrübədən asılı olaraq danışıqlar yolu, bonus sistemi,qoyulmuş hədəflərə görə əmək haqqı fondundan • Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.İş yükünün planlaşdırılması:

• Çatdırmaya dair tələb olunan maşın sayının müəyyən edilməsi • Çatdırmaya dair tələb olunan yükləyici, boşaldıcı fəhlə sayının müəyyən edilməsi • Sürücü sayının müəyyən edilməsi • Quraşdırıcı və montajçı sayının müəyyən edilməsi • Daşıma və Çatdırma sahəsində çalışan əməkdaşların geyim, nişan və alətlərinin düzgün planlaşdırılması

2.Daşıma, Çatdırma və Quraşdırma işinin təşkili:

• Müştəri sifarişlərinin daşınması və çatdırılmasına dair məlumatalma sisteminin qurulması • Gündəlik daşıma və çatdırma qrafikinin düzgün planlaşdırılması • Daşıma və Çatdırma sahəsində çalışan əməkdaşların geyim, nişan və alətlərinin düzgünlüyünün yoxlanılması • Müştərilərin daşıma və çatdırma barədə öncədən düzgün xəbərdarlıq sisteminin qurulması

3.Daşıma, Çatdırma və Quraşdırma sahəsində inzibatçılıq:

• Strukturun idarə edilməsini təmin etmək • Bu sahədə biznes proses və prosedurların hazırlanması • Bu sahədə inzibatçılığın təşkili və idarə edilməsi • Maşın və avadanlıqların istismarının və texniki yoxlanılmasının təşkili və idarə edilməsi

4.Daşıma, Çatdırma və Quraşdırma sahəsində sənədləşdirmənin təşkili:

• Sifarişlərin alınmasınına dair sənədləşmənin təşkili • Gündəlik iş bölgüsünə dair sənədləşmənin təşkili • Çatdırma və quraşdırma işlərinin təhvili haqqında sənədləşmənin təşkili • Müştərilərin göstərilən xidmətdən razılığının sənədləşməsinə birbaşa nəzarət edilməsi

5.Daşıma, Çatdırma və Quraşdırma sahəsində effektivliyin artırılması:

• Daşıma, Çatdırma və Quraşdırma xərclərinin analizi və təkmilləşdirilməsi • Maşınlar, Montaj briqadaları üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması • Büdcənin optimallaşdırılması • Daşıma, Çatdırma və Quraşdırma fəaliyyətinin bazar tələbatına və müştəri istəklərinə uyğun yenidən təşkili

CV-lərinizi Daşıma xidməti üzrə menecer mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı