ƏSAS SƏHİFƏ

Vakansiya: Daşınmaz Əmlak Məsləhətçisi

731

Satış təcrübəsi və ya daşınmaz əmlak sektorunda təcrübəsi olan və ya bu istiqamətdə çalışmaq marağı olan lakin təcrübəsi olmayan şəxslərin nəzərinə!

Beynəlxalq daşınmaz əmlak şirkəti olan RE/MAX Azerbaijan Daşınmaz Əmlak Məsləhətçiləri axtarışındadır.

İşin təsviri:
– Peşəkar olaraq əmlak alqı-satqısı, icarə-kirayəsi ilə məşğul olmaq
– Müştəri bazası formalaşdırmaq
– Mütəmadi olaraq ofisdə və ofis xaricində, o cümlədən, telefonda müştərilərlə görüşlər təyin etmək
– Əmlak elanları vermək (internetdə və digər ictimai təbliğat materialları vasitəsilə)
– İş qrafiki sərbəstdir.

Namizəddə tələblər:
– Satış, sığorta və ya daşınmaz əmlak üzrə ən azı 1 illik təcrübəyə malik xanım və bəy namizədlər
– Özünəinamlı, dinamik, enerjili
– Yeni biliklər qazanmağa istəkli, yeniliklərə açıq
– Ünsiyyətcil, kommunikativ danışıq qabiliyyətinə malik
– Dress code-a (ciddi biznes geyiminə) əməl edilməlidir.

Özünüzü inkişaf etdirmək istəyirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa, gülərüzsünüzsə, peşəkar təlimlər keçmək, inkişaf edən bir sektorda olmaq, gəlirlərinizi artırmaq və beynəlxalq sferada çalışmaq istəyirsinizsə, özünüzə müdir deyil, iş ortağı axtarırsınızsa MÜRACİƏT EDİN!

Şəkilli CV-zi mövzu hissəsinə “Real Estate Agent” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz (şəkilsiz CV-lərə baxılmayacaqdır).

Ətraflı məlumat üçün həftə içi (Bazar ertəsi – Cümə) saat 9:00 – 18:00 arası əlaqə saxlaya bilərsiniz (012) 488 66 01, (077) 447 44 07.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı