ƏSAS SƏHİFƏ

Vakansiya: Dizayner

732

Şöbə: Marketinq

Vəzifənin adı: Dizayner

Vəzifə təlimatı: İllüstrasiyaları və materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək; Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq

Bakcell-in ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq; Bütün brend fəaliyyətlərinin Bakcell-in əlaqə məqsədləri və standartlarına uyğun olmasını təmin etmək; Aparılan işlər üzrə hesabatlar hazırlamaq. Reklam materiallarının qablaşdırma, görüntü, loqotip və s.dizaynını tərtib etmək; Bədii və dekorativ effektlərin əldə edilməsi üçün müvafiq vasitələrdən istifadə etmək; Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq; Əyani materialın ölçüsünü və quruluşunu müəyyən edib, üsiubu və tipin ölçüsünü seçmək; Printer üçün maketləri hazırlamaq üçün son tərtibatları qeyd etmək, yerləşdirmək və toplamaq; Kompüter vasitəsilə diaqramları, qrafikləri, illüstrasiyaları və digər rəsmləri çəkmək və çap etmək; Son tərtibatları gözdən keçirib tələb olunan yerdə təkmilləşmələri təklif etmək; Məhsulların şəkilləri, şirkətin loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq.

Təhsil: Ali təhsil.

Dil bilikləri: Azərbaycan, Rus – əla və İngilis dillərini yaxşi səviyyədə bilmək.

Komputer bacarıqları: Corel Draw, Photoshop, Word, Excel, Outlook proqramlarını əla səviyyədə bilmək

İş təcrübəsi:  Müvafiq sahədə ən azı 2 il təcrübəsi olan

application_form_az

 

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı