ƏSAS SƏHİFƏ

Vakansiya: Hüquq Departamentinin direktoru

557

“Dəmirbank” “Hüquq Departamentinin direktoru” vəzifəsinə işə qəbul elan edib. Namizədlər hüquq sahəsində ali təhsilli olmalı (LLM dərəcəsi arzuolunandır), Azərbaycan və ingilis dillərində sərbəst yazmağı və danışmağı bacarmalıdır. Maliyyə sektoru haqqında aydın təəssüratının olması, hüquq sahəsində 5 il və idarəetmə sahəsində 3 il iş təcrübəsinin olması tələb edilir.

Əsas əzifə öhdəlikləri:
– Bankın Strateji inkişaf planının Hüquq Departamentinin fəaliyyətinə aid bölmələrinin hazırlanmasında iştirak edir, Departamentin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
– Hüquq Departamentinin fəaliyyəti ilə bağlı olan Bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır və İdarə Heyətinə təqdim edir;
– Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin iclas protokollarının, İdarə Heyəti üzrə əmr və sərəncamların hazırlanmasını hüquqi cəhətdən  dəstəkləyir, onların ekspertizasını həyata kecirir və rəy verir;
– Bankdaxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
– Bankın emissiya prospektinin, emissiya prospekti üzrə səhm sertifikatları nümunələrinin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
– Bankın hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
– Bankdaxili tələbdən asılı olaraq filial, şöbə rəhbərlərinə və digər əməkdaşlara Bankın etibarnaməsinin verilməsini və vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin edir;
– Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir və Bankın maraqlarına cavab verməsini təmin edir;
– Bankda yeni filial, şöbə və nümayəndəlikərin açılması üzrə hüquqi sənədləri hazırlayıb, Mərkəzi Banka təqdim edilməsini təmin edir,
– Bankın filial, şöbə və nümayəndəliyinin bağlanması ilə əlaqədar sənədləşdirilmələri həyata kecirir;
– Bankın sığortalanmasını (BBB, icbari sığortalar, əmlak və məsuliyyət sığortaları, işçilərin həyat sığortası  və s.) hüquqi cəhətdən müşayiət edir;
– Bankda keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.

Maraqlananlar öz CV-lərini aprelin 6-na qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı