ƏSAS SƏHİFƏ

Vakansiya: “Hüquq şöbəsi” nin mütəxəssisi

625

BOKT Embafinans MMC aşağıda qeyd olunan regionlar üzrə “Hüquq şöbəsi” nin mütəxəssisi vakansiyası elan edilir:

Əsas vəzifə və öhdəliklər:

Cəmiyyətdaxili qaydaların hazırlanması üçün struktur bölmələrinə ehtiyac duyulan metodiki tövsiyələr verir, hazırlanmış sənədlərin hüquqi ekspertizasını keçirir və qüvvədə olan qanunvericiliyə uyğun olmasını tabe olduğu vəzifəli şəxsin tapşırığı çərçivəsində təmin edir. Cəmiyyətin struktur bölmələri rəhbərlərindən əqdlərin məzmunu ilə əlaqədar daxil olmuş təkliflərə münasibət bildirir. Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qəbul olunmuş məhkəmə qərarları barədə tabe olduğu vəzifəli şəxsi məlumatlandırır. Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldir və onların Cəmiyyət tərəfindən icrası üzərində tabe olduğu vəzifəli şəxsin tapşırığı çərçivəsində nəzarəti həyata keçirir. İdarə heyəti sədrinin və üzvlərinin, Hüquq xidmətinin rəhbərinin hüquqi dəstək üzrə digər tapşırıqlarını həyata keçirir. Problemli kreditlərin ləğv həll olunmasında Problemli Kreditlərlərin idarəedilməsi şöbəsinə hüquqi yardım edir. Cəmiyyətin strukturlarının hazırladığı müqavilə və əqdlərlə bağlı operativ münasibəthüquqi rəyini tabe olduğu vəzifəli şəxsə bildirir. İradlarını hüquqi cəhətdən əsaslandırır və onları tabe olduğu vəzifəli şəxsə bildirir. Məhkəməyə verilməli olan işlərin hazırlanmasını, məhkəməyə göndərilməsini, iddia ərizələrinin yazılmasını təmin edir. Öz vəzifələrindən irəli gələn digər fəaliyyətləri həyata keçirir.

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

ali hüquq təhsili; hüquq sahəsində ən azı 3 il təcrübə; dəqiqlik və ehtiyatlılıq; komanda ilə işləmək bacarıqları; MS Office proqramlarında mükəmmək istifadə bacarığı.

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 5 gün / saat 09.00-18.00

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı