ƏSAS SƏHİFƏ

Vakansiya: İctimaiyyətlə əlaqələr üzrə menecer

821

İcbari Sığorta Bürosu (İSB) “İctimaiyyətlə əlaqələr üzrə menecer” vəzifəsinə işə qəbul elan edib. Namizədlər ali təhsilli olmalı, Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə (yazılı və şifahi) bilməli, MS Office proqramlarında mükəmməl səviyyədə işləməyi bacarmalıdır. Bu sahədə 2-3  il iş təcrübəsi tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
– Büronun ictimaiyyətlə əlaqələr və reklam strategiyasının hazırlanması və həyata keçirilməsi;
– İctimaiyyətlə əlaqə kanallarının düzgün seçilməsi;
– İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılmasına birbaşa nəzarət;
– Büronun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması, internet səhifəsindəki məlumatların yenilənməsi;
– KİV üçün xəbər və məlumatların, rəsmi çıxışların hazırlanması;
– Büronun fəaliyyəti ilə bağlı müstəqil şəkildə təqdimat, press-relizlər, hesabatlar hazırlanması;
– Rəhbərliyin mətbuatda dərc olunan və Büronun fəaliyyətinə aid olan məlumatlarla təmin edilməsi (media monitorinq);
– Press konfrans və digər bu kimi ictimai tədbirlərin keçirilməsinin təşkili;
–  Reklam xarakterli mətnlərin hazırlanması;
– İctimaiyyətlə əlaqələr və reklam büdcəsinin idarə edilməsində iştirak və s.
Maraqlananlar öz CV-lərini martın 25-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı