ƏSAS SƏHİFƏ

Vakansiya: IELTS müəllimi

623

Vakansiya: IELTS müəllimi
İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 10 Noyabr 2014
Son tarix: 15 Dekabr 2014
Vakansiya nömrəsi: 012
Yerləşdiyi ərazi: Bakı, Azərbaycan
İş saatları: Dəyişkən (Cədvələ əsasən)
Maaş: 700 – 1500 (Cədvələ əsasən), saatlıq 20-30 AZN

Vakansiya tələbləri:
• Minumum bakalavr dərəcəsi (İngilis dili müəllimliyi, tərcümə, Britaniyaşünaslıq və Amerikaşünaslıq ixtisasları üzrə);
• TOEFL və\və ya IELTS tədrisi üzrə minimum 1 il iş təcrübəsi;
• Tələbələr və şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə;
• Xaricdə təhsil üstünlükdür;
• Yüksək göstəricilərlə IELTS və\və ya TOEFL sertifikatların olması arzu olunandır;
• CELTA, TKT, DELTA sertifikatlarının olması üstünlükdür;

Vəzifə və funksiyaları
• İnteraktiv metodlarla IELTS dərslərinin tədrisi;
• Tələbələr üçün dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması;
• Proqrama əsasən dörd bölmə üzrə (listening, speaking, writing, reading) aylıq dərslərin planlaşdırılması;
• “Speaking” və “writing” bacarıqları ilə bağlı tələbələrə ayrıca dərslərin keçirilməsi və konsultasiya saatlarının keçirilməsi;
• İnşalarının yoxlanılması və səhvlər barəsində tələbələ detallı izahatların verilməsi;
• Ayda bir dəfə sınaq imtahanlarının keçirilməsi və nəticələrin izlənməsi;
• Rəhbərliyə mütəmadi olaraq tələbələrin davamlı inkişafı və göstəriciləri ilə bağlı məlumatların verilməsi
Zəhmət olmasa veb səhifədə göstərilən ərizə formasını doldurub dil göstəricisi sertifikatınız ilə birlikdə [email protected] ünvanına göndərəsiniz. Şəxsi CV-lərə baxılmayacaqdır. Kaspi Təsil Şirkətinə məxsus olan ərizə formasını bü unvandan tapa bilərsiz:
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur.

Ərizə forması (2)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı