Vakansiya: kassir

Kapital Bank namizədləri aşağıdakı regional filiallara Kassa bölməsinin kassiri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir: Qax, Şəmkir Öhdəliklər: Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi; Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması; Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq. Tələblər: Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır); Müvafiq sahə üzrə 2 il iş təcrübəsi; Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti; MS Office (Word, Excel) proqramları üzrə biliklər; Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri; Nəğd pulla intensiv işləmə bacarığı; Mübadilə məntəqəsində iş bacarığı; Gərgin iş qrafikində işləmək bacarığı; Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti; İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı. CV-lərinizi müraciət etdiyiniz rayon/ şəhəri və “Kassir” başlığını qeyd etməklə [email protected] nk.az e-poçtuna göndərin!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here