ƏSAS SƏHİFƏ

Vakansiya: Məhsul və Xidmətlərin Test olunması bölümünün mühəndisi

618

Şirkət: Azercell Telekom MMC

Vəzifə: Məhsul və Xidmətlərin Test olunması bölümünün mühəndisi (Texnologiyalar Departamenti)

Məhsul və Xidmətlərin Test olunması bölümünün əsas fəaliyyətinə şirkət daxilində yaradılan və ya alınan proqram təminatlarının qəbulu və test işləri daxildir. Əsas Öhdəliklər: Test hallarının və test planın hazırlanması, analizlərin edilməsi və müxtəlif test növlərinin çalışdırılması (məs. Uyğunluq, Funksional, Performans, Stress və s.) Müvafiq test texnikalarından istifadə etməklə proqram təminatlarını, tələblərinə uyğun olaraq test edilməsi Yeni və mövcud proqramların müxtəlif konfiqurasiyalarda reqressiya testlərinin aparılması Keyfiyyət boşluqlarının müəyyən edilməsi, test skriptlərinin yazılması, test datalarının toplanması, vacib olarsa test müvəffəqiyyətsizliyi halında dəstəkləyici məlumatların verilməsi İş qrafiki:

Bazar ertəsi – Cümə günü, saat 09:00 – 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir. Tələb Olunan Təcrübə, Bilik və Bacarıqlar: Ali təhsil (Kompyuter Elmləri, Riyaziyyat və oxşar ixtisaslar üzrə) PL/SQL, Shell scripting, Application Server üzrə güclü biliklər Proqramlaşdırma sahəsində minimum 2 (iki) il iş təcrübəsi Güclü Analitik düşüncə bacarığı Avtomatlaşdırılmış test alətləri ilə təcrübəsi olanlara üstünlük veriləcək ISTQB/CTFL sertifikatı olanlara üstünlük veriləcək Arzu olunan yetkinliklər: Ünsiyyət bacarığı Komandada işləmə və özünü idarəetmə bacarığı Pozitiv iş münasibətlərin yaradılması Dil bilikləri:

Azərbaycan dili – yüksək səviyyədə Rus və İnglis dilləri – yaxşı səviyyədə (upper-intermediate) Qeyd:

Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu vakansiya üzrə dəyərləndirmədə iştirak edə bilərlər. Siz Azercell şirkətinin işçisisinizsə, xahiş edirik ki, vakansiya üzrə müraciətinizlə bağlı məlumatı birbaşa rəhbərinizə təqdim edəsiniz. Əlavə məlumat üçün Azercell-in İşə Qəbul şöbəsi ilə [email protected] e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz. Nəzərə alın ki, [email protected] ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı “Ərizəni göndər” linkindən istifadə edin.

ƏRİZƏNİ GÖNDƏR!

son müraciət tarixi 12 aprel 2015

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı