İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 13 İyul 2015
Son tarix: 27 İyul 2015
Vakansiya nömrəsi: 009
Yerləşdiyi ərazi: Gəncə
Əmək haqqı: Cədvələ əsasən
Vakansiya tələbləri
İbtidai sinif müəllimliyi və ya ibtidai metodika üzrə minimum bakalavriatura təhsili;
Uşaq və ya şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə;
4 – 6 yaş qrupları ilə işləmək qabiliyyəti;
Müasir tədris metodlarından və elektron vasitələrdən istifadə bacarıqları;
Öyrətmə həvəsi və kommunikasiya bacarığı;
Valideynlərlə ünsiyyət qabiliyyəti;
Vəzifə və funksiyaları
Məktəbəqədər hazırlıq biliklərinin proqram üzrə və interaktiv metodlarla təşkili və tədrisi;
Aylıq tədris planının müxtəlif yaş qrupları üçün hazırlanması;
Həftəlik dərs və sinif tapşırıqlarının hazırlanması;
Həftəsonları uşaqların bilik səviyyəsinin yoxlanılması;
Fərdi və qrup şəkildə intellektual oyunların təşkili;
Metodist və baş müəllimin verdiyi tapşırıqların yerinə yetirilməsi;
Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə təqdim olunması;
Rəhbərliyə mütəmadi olaraq uşaqların göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi
Valideynlər ilə işləmə bacarığı və valideynlərə nəticələr ilə bağlı daima məlumatların verilməsi;
Maraqlanan şəxslər veb səhifədə göstərilən ərizə formasını doldurub [email protected] ünvanına göndərə bilərlər. ŞƏXSİ CV-lər QƏBUL OLUNMUR.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tələb olunur. Məsələn, “Məktəbəqədər hazırlıq üzrə müəllim (GƏNCƏ)”
Elana verilmiş vakansiya üzrə yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
