ƏSAS SƏHİFƏ

Vakansiya: Mərkəzi Şəbəkə üzrə Mühəndis

682

Mərkəzi Şəbəkə üzrə Mühəndis Tələblər Uyğun ixtisas üzrə ali təhsil İnformasiya texnologiyalari və ya telekommunikasiya sektorunda 2 il iş təcrübəsi Kanal Kommutasiya Şəbəkəsində iş təcrübəsinin olmasına üstünlük verilir “Cisco” sertifikatının olmasına üstünlük verilir GSM/UMTS sistemləri haqqında müvafiq biliklərin olmasına üstünlük verilir Dəqiqlik, çalışqanlıq, müştərək iş, təşəbbüskarlıq və pro- aktivlik Azərbaycan dilini səlis, İngilis dilini yaxşı bilmək MS Office bacarıqları İş vaxtından əlavə və gecə işlərində işləyə bilmək bacarığı Tələb olunduğu zaman 24×7 işləyə bilmə bacarığı Tələb olunan səriştələr Bütövlük Müştəri yönümlü Komanda işi və Əməkdaşlıq Nəticə yönümlü Davamlı təkmilləşmə Vəzifə və Öhdəliklər SGSN/GGSN/MME/S-GW/P-GW/DNS/BGR və digər platformaların quraşdırılması, qəbulu və istismar edilməsi Cavabdehliyində olan platformaların məlumat bazasının rezerv edilməsi (Back UP) və istənilən zaman rezerv edilmiş fayllardan bərpa edilməsi Yeni quraşdırılmış avadanlıqların qəbul edilməsi Şirkətin təyin etdiyi hədəflərə əsasən mərkəzi şəbəkənin bütün elementlərinin (SGSN/GGSN/MME/S-GW/P-GW/DNS/ BGR) kəsintisiz işlək vəziyyətinə cavabdeh olması Avadanlıqların alınması prosesində RFQ sənədinin (Request For Quotation) hazırlanması və qiymətləndirilməsi Cavabdehliyində olan platformaların fasiləsiz və davamlı işinin təmin edilməsi üçün lazımi ehtiyyat hissələrinin uyğunluğunu təmin etmək Lazım olduqda 24/7 ona daxil olan zənglərin cavablandırılması və iş yerində olması Cavabdehliyində olan mövcud sistemlərin təkmilləşdirilməsi Şəbəkədə yaranan problemlərin təhlil edilməsi və həlli yollarının verilməsi İş tapşırıqlarının və digər şöbələrdən daxil olan sorğuların icra edilməsi Müxtəlif istehsalçılardan şəbəkədə yaranan problemlərlə bağlı daxil olan həll yollarının icra edilməsi Şəbəkə problemlərinin vaxtında aşkarlanması və onların minimal vaxt ərzində həll edilməsi üçün Şəbəkəyə Nəzarət Mərkəzi və Müştəri Xidmətləri mərkəzləri ilə sıx əlaqədə olmaq Şəbəkənin əsas keyfiyyət göstəricilərinə müntəzəm nəzarət və onların daima yüksək saxlanılması və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi Cavabdehliyində olan sahələr ilə bağlı müvafiq hesabatların hazırlanması Cavabdehliyində olan platformalarda rəhbərlik tərəfindən təsdiq olunmayan iş tapşırıqlarının yerinə yetirilməməsi Şəbəkənin xidmətinə təsir edən istənilən problemin yaranması zamanı bütün əlaqədar qrupları və şöbələri məlumatlandırmaq Şəbəkəyə aid bütün passport və diaqramların hazırlanması və daima yenilənməsini təmin etmək İcra olunan işlərin biznes proseslərinə və təlimatlara uyğunluğunu təmin etmək İş prosesində hərtərəfli və çevik bacarıqlara malik olmaq Qoyulan tapşırıqlara görə tələb olunan vaxt müddətini düzgün təyin etmək və tapşırığı təyin etdiyi müddətdə yerinə yetirmək Bilik və bacarıqları həmkarları ilə bölüşmək Şəbəkəyə aid bütün elemetlərin və onlara daxil olmaq üçün istifadə olunan şifrələrin məxfiliyinin qorunub saxlanılması Rəhbərliyin şifahi ve yazılı tapşırıqlarını yerinə yetirmək, o cümlədən daxili qaydalara riayət etmək Bütün qrup və şöbələr ilə yaxşı münasibətlərin qorunması Son müraciət tarixi – 11.04.2015 Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir Başlıqda Mərkəzi Şəbəkə üzrə Mühəndis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı