Parabank Marketinq menecmenti üzrə vakansiya elan edir.
Namizədə tələblər
- Ali təhsilin olması
-
Marketinq və ya PR sahəsində minimum üç illik təcrübəyə malik olması
-
Marketinq və bazar araşdırmalarını dərindən bilməli
-
Şöbənin işlərini planlaşdırma bacarığına malik olması
-
Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti
-
Rus, ingilis dillərində sərbəst danışıq bacarığı
-
Komputer proqramlarını dərindən bilməsi
Müraciət edən şəxslər 1-5 illik təcrübəyə sahib olmalı, 30-45 yaş arası olmalıdır.
İş barədə məlumat
- Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək
Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək
Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək
Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək
Satışın təşkilinə köməklik etmək
Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək
Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək
Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək
Bankın broşuralarının və illik hesabatının hazırlanması
Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət
Bankda keyfiyyətə nəzarət işini təşkil etmək
Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək
Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması
Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək
Satışa dəstək ola biləcək digər bütün işlər.
Əgər vakansiya sizə uyğundursa 24 Dekabr 2014-cü il tarixindən gec olmamaq şərtilə cv-nizi [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
