ƏSAS SƏHİFƏ

Vakansiya: Planlaşdırma və Satış Loqistikası üzrə Yarımbölmə Rəhbəri

636

Son tarix: 01.04.2015

Şöbə: Pərakəndə satış və distribusiya

Vəzifənin adı: Planlaşdırma və Satış Loqistikası üzrə Yarımbölmə Rəhbəri

Vəzifə təlimatı: Dəyişən tələblərə müvafiq olaraq personalı təyin və idarə etmək; Pərakəndə satış və promo kampaniyalarına dəstək göstərmək; Satış loqistikası üzrə RFQ və tenderlərə cavab vermək; Ehtiyatların idarə edilməsi/anbar ehtiyatlarına nəzarət, planlaşdırma/proqnoz; Sifarişlərin düzgün yerləşdirilməsini təmin etmək məqsədilə əldə və yolda olan mövcud ehtiyatların həcmini, loqistika və aylıq faktiki satışların proqnozlarla müqayisəli təhlilini araşdıraraq, DRP sifarişi vasitəsilə (Təchiz etmə planlaşdırıcısı tərəfindən tərtib olunmuş) əsas satılan mallar ehtiyatının artırılmasına six nəzarət etmək; Sistemdə qeyd olunan və anbarda saxlanılan fiziki ehtiyatların inventarizasiyasına nəzarət etmək və onun dəqiqliyini təmin etmək; Məhsul, qiymət və paket dəyişiklikləri üzrə koordinasiya və əlaqə; Satış loqistikası büdcəsinin planlaşdırılması və nəzarət; Anbarda saxlanılan məhsulların bazarın tələblərinə uyğun olmasını təmin etmək və anbarda malların əskik olmasının qarşısını almaq üçün anbar ehtiyatlarını düzgün planlaşdırmaq, minimal və maksimal ehtiyatlara daim nəzarət etmək; Skreç, SİM kartların və modem təchizatçıları ilə əlaqə və danışıqlar; Malların bazara çıxarılması üçün tələb olunan vaxtın azaldılması və təkmilləşdirilməsi, malların informasiya sistemində qeydə almması və bu işin optimaliaşdırılması üçün müntəzəm tədbirlər görmək.

Təhsil: Ali təhsil

Dil bilikləri: Azərbaycan, İngilis və Rus –dilləri

Komputer bilikləri: MS Office, MS Project və digər layihənin idarə edilməsi alətləri üzrə bilgi

İş təcrübəsi: Satış sahəsində 3 il təcrübə

 

http://www.bakcell.com/az/jobs/retail-sales-and-distribution-head-of-planning-and-sales-logistics-sub-unit

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı