ƏSAS SƏHİFƏ

Vakansiya: PR menecer

643

Asan İmza (Mobil İmza) layihəsi aşağıda qeyd olunan tələblərə uyğun yüksək ixtisaslı namizədləri əməkdaşlığa dəvət edir.

PR menecer, tədbirlərin təşkilatçısı

Tələblər:

  1. Ali təhsil; 2. Analoji vəzifədə ən azı 3 il iş təcrübəsi; 3. Sürətli və keyfiyyətli yazı bacarığı (Azərbaycan, rus dilləri – əla, ingilis dili – qənaətbəxş); 4. Savadlı nitq qabiliyyəti (şifahi və yazılı), (Azərbaycan, rus dilləri – əla, ingilis dili – qənaətbəxş); 5. Tapşırıqların həcminin və onların yerinə yetirilməsinə sərf olunan vaxtın müstəqil şəkildə dəyərləndirilməsi və idarə edilməsi bacarığı; 6. Stressə davamlılıq və komanda şəklində işləmək bacarığı; 7. Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq; 8. Böyük həcmdə işlərə hazırlıq.

Vəzifəsi:

  1. Mətnlərin hazırlanması və yazılması (press-relizlər, xəbərlər, məqalələr, müsahibələr, təqdimatlar); 2. Şirkətin tədbirlərdə iştirakının təşkili və təmin edilməsi (sərgilər və s.); 3. Rəsmi sorğulara cavabların, press-relizlərin, kopiraytinq mətnlərinin hazırlanması, məlumatların KİV-də yerləşdirilməsi və media monitorinq; 4. Böyük tədbirlərin, hadisələrin təhlili və gələcək əməkdaşlıq üçün təşkilatçılar ilə operativ əlaqə; 5. Tərəfdaşlarla əlaqələrin dəstəklənməsi, yeni tərəfdaşlarla münasibətlərin qurulması və birgə marketinq aksiyalarının işlənilib hazırlanması; 6. Korporativ kommunikasiya alətlərinin işlənilib hazırlanması; 7. Hesabatlılığa riayət olunması.

Namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmək xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı