ƏSAS SƏHİFƏ

Vakansiya: Satış departamentinin direktoru

550

“Azsığorta” ASC Satış departamentinin direktoru vəzifəsi üzrə işçi qəbulunu elan edir.

Namizəd üçün irəli sürülən tələblər:
• Təhsil- Ali və ya Natamam Ali
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini əla bilməsi
• Özünün icra etdiyi Biznes planının və strategiyasının olması (icbari sığortadan başqa ən azı 3 növ üzrə),
• İl ərzində 200000 AZN-dən az olmayan şəxsi (özünün icra etdiyi) portfelinin olması,
• Rəhbərlik etdiyi Departamentin / Şöbənin ümumi portfelinin 1 000 000 AZN-dən az olmayan portfelinin olması
• Satış personalının idarə edilməsində ən azından 3 illik iş təcrübəsi
• Sığorta məhsulları, Claim və Anderraytinq sahələrinin fəaliyyətlərinin əsasları haqda məlumatların olması
• Sığorta agentləri, partnyorlarla əməkdaşlıq sahəsində ən azından 2 illik iş təcrübəsi və hər bir sahə üzrə 300000 AZN-dən az olmayan iş həcminin olması
• Tenderlər və korporativ müştərilərlə iş təcrübəsinin olması
• Öz iş fəaliyyəti ilə yanaşı rəhbərlik etdiyi Departamentə / Şöbəyə daxil olan strukturların və onların əməkdaşlarının işlərinin planlaşdırılması və təşkili, habelə fəaliyyətlərinin dəyərləndirilməsi bacarıqlarına malik olması
• Analitik təhlillər aparmaq və müvafiq hesabatların hazırlamasını bacarmaq
• Təqdim etmə bacarıqları

Əlavə məlumatlar:

İş yeri: Bakı şəhəri
Cins: fərqi yoxdur
Yaş: fərqi yoxdur
İş qrafiki: I-V  günlər  tam iş günü (saat 09:00 – 18:00)
İstirahət günləri: Bazar və bayram günləri
Əmək haqqı: namizədin səviyyəsinə uyğun

Xüsusi qeyd:
Yalnız sığorta sahəsində 3 ildən yuxarı iş təcrübəsi olan namizədlərin müraciətləri dəyərlədiriləcəkdir.
Müraciətlərinizin “Mövzu” hissəsində mütləq şəkildə vakansiyanın adını qeyd edərək [email protected]  ünvanına göndərilməsi xahiş olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı