ƏSAS SƏHİFƏ

Vakansiya: Satış üzrə mütəxəssis/Qeydiyyatçı

637

Vakansiya: Satış üzrə mütəxəssis/Qeydiyyatçı

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 31 Oktyabr 2014
Son tarix: 10 Noyabr 2014
Vakansiya nömrəsi: 011
Yerləşdiyi ərazi: Bakı
İş saatları: 44/6
Əmək haqqı: Aylıq 300 – 500 + əlavə aylıq bonuslar

Vəzifə öhdəlikləri:

Müştərilərin telefon zənglərinə və e-mail – lərinə cavab verilməsi
Gün ərzində şirkətə gələn müştərilərə şirkətin məhsulları haqqında məlumatın verilməsi
Müştərilərin irəli sürdüyü təkliflərə əsasən onlara uyğun məhsullarla xidmət edilməsi
Mütəmadi olaraq gələn zənglərin siyahısının, sayının izləməsi
Tələb olunan məhsulların sayının və tezliyinin izləməsi, monitorinqi və hesabatı
Digər şirkətlərin irəli sürdüyü təkliflərin öyrənilməsi və bazara uyğun öz təklif paketlərinin hazırlanması
Tələbələrin müxtəlif dərs cədvəllərinə uyğun yerləşdirilməsi, bununla bağlı müvafiq müəllimlərin məlumatlandırılması
Tələbələrin dərs ödənişlərinin uçotu

Vakansiya tələbləri:

Ümumi ali təhsil (minimum bakalavr), Menecment, Biznes, İqtisadiyyat sahələrində təhsili olanlara üstünlük veriləcəkdir.
Microsoft Office Word, Excel, Power Point biliyi
Minimum 1 illik iş təcrübəsi (Qeydiyyat, resepsion və ya satış sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.)
Rus dili biliyi
Telefonla danışıq, kommunikasiya, prezentasiya bacarıqları
Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub [email protected] ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “Satış üzrə mütəxəssis/Qeydiyyatçı”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı