ƏSAS SƏHİFƏ

Vakansiya: Sistem administratoru

475

Sistem administratoru
İşləyəcəyi yer:
“Modenis” MMC şirkəti
İT Departamenti – Texniki şöbə

Yaşı : 22-40 arası
Cinsi: Kişi

Sistem administratoru vəzifəsinə tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Ali təhsil
• Yüksək məntiqi-anaitik düşünmə bacarığı
• Sistem inzibatçılığı sahəsində 2 ildən çox iş təcrübəsi
• UNIX\LİNUX və Windows əməliyyat sistemlərinin(server) yüksək səviyyədə inzibatçılığı
• Virtuallaşdırma(vmware vsphere, ms hyper-v) texnologiyası sahəsində yüksək təcrübəsi
• Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarığı
• Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq
• Məlumatların ehtiyata alınması və bərpası
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi
• Komandada işləmə bacarığı
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi)
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi
Vəzifə öhdəlikləri:
• İT sistemlərinin daimi olaraq monitorinqi
• Problemlərin aşkarlanması və analiz olunması
• Dəyişikliklər, proflaktik işlər və problemlərlə bağlı lazımı bütün işçi qruplarının məlumatlandırılması
• Mövcud servislərin dəyanaqlılığını və təhlükəsizliyini təmin etmək
• Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması
• Bütün dəyişikliklərin sənədləşdirilməsi
• Xüsusi sistem icazələrinin verilməsi və qeydiyyatının aparılması

Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV-i  [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Sistem administratoru” qeyd olunmalıdır;

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən və yuxarıda qeyd olunan qaydalara riayət etməyən şəxslərin namizədliyinə baxılmayacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı