ƏSAS SƏHİFƏ

Vakansiya: Xəzinədarlıq Departamentində vakansiya

605

DəmirBank ASC Xəzinədarlıq Departamentində Aktiv və Passivlərin Planlaşdırılması və Təhlil şöbəsində mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:

Bankın fəaliyyət istiqamətləri üzrə məruz qaldığı mövcud, habelə potensial bazar və likvidlik risklərinin müəyyənləşdirilməsi və təsnifləşdirilməsini icra etmək;
Bankın məruz qaldığı Bazar və likvidlik risklərinin ölçülməsi barədə təkliflərini vermək və tələb olunduğu halda onları icra etmək;
Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqini həyata keçirmək, mövcud risk limitlərinə uyğunluğuna nəzarət etmək, həmiçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması barədə təkliflər vermək və tələb olunduğu halda onları icra etmək;
Bazar və likvidlik risklərinin idarə edilməsi işinin təşkili, habelə strategiyanın müəyyənləşdirilməsi barədə təkliflərini vemək və tələb olunduğu halda onları icra etmək;
Bankın struktur bölmələrində risklərin idarə edilməsi işinin və likvidlik risklərinin idarə edilməsinin işinin Mərkəzi Bankın təlimatlarına, normativlərinə və qaydalarına, habelə Bankın Risk siyasətinə, bankdaxili qaydalara və prosedurlara uyğun aparılmasına nəzarət etmək və bütün kənarlaşmalar barədə Departament direktoruna məlumat vermək;
Bazar və likvidlik riskləri sahəsində risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək və tələb olunduğu halda onları icra etmək;
Bazar və likvidlik risklərinin təhlili üçün müxtəlif test modellərinin (stres test, geriyə yoxlama, ssennari təhlili və s.) hazırlamaq və tətbiqini həyata keçirmək.

Namizədə qarşı tələblər:

Xaricdə ali təhsil (maliyyə, risk menecment, investisiya yönümlü ixtisaslar);
TQDK imtahan balının 550-dən yüksək olması (Azərbaycanda təhsil aldığı halda);
Maliyyə sahəsində iş təcrübəsinə üstünlük verilir;
Kompüter bilikləri (MS Office, SQL);
İngilis dili orta səviyyədən yüksək, rus dili orta səviyyədə danışıq və yazı bacarığına sahib olmaq;
Kollektiv mühitdə, təzyiq altında işləmək bacarığı, təmkin və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 sentyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və passivlərin planlaşdırılması və təhlil şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı