ƏSAS SƏHİFƏ

Vakansiya: Xaricdə Təhsil Proqramları üzrə Menecer

962

Vakansiya: Xaricdə Təhsil Proqramları üzrə Menecer
İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 31 Mart 2015
Son tarix:    05 Aprel 2015
Vakansiya nömrəsi: 015
Yerləşdiyi ərazi: Azərbaycan, Bakı
İş saatları: 9:00-18:00, 6 gün (5 gün tam iş günü, 1 gün yarım gün)
Əmək haqqı: 400 AZN + aylıq və illik bonuslar

Vəzifə funksiyaları:
Kaspi Qlobal-in Xarici universitet partnyorlarının proqramlarını daim öyrənmək və araşdırmaq;
Xaricdə təhsil almaq istəyən tələbələrlə görüşmək və onlara bacarıq, istək və ehtiyaclarına uyğun doğru təkliflər hazırlamaq;
Tələbələrə sənədlərinin hazırlanması üzrə bələdçilik etmək;
Tələbələrin universitetlərə müraciətindən qəbulunadək bütün prosesləri nəzarətdə saxlamaq;
Partnyor universitetlərlə əməkdaşlığın davam etmək və yeni əməkdaşlıqlarla bağlı məsələləri birbaşa rəhbəri ilə mütəmadi müzakirə etmək;
Şöbənin illik büdcə, marketing planlamasında iştirak etmək və təklifləri irəli sürmək;

Tələblər:
Ali təhsil (Turizm sahəsində və xaricdə təhsil alanlara üstünlük verilir);
Sahə üzrə minimum 1 il iş təcrübəsi (turizm sahəsində də iş təcrübəsi qəbul olunur);
Səlis Azərbaycan və yüksək səviyyədə İngilis dili biliyi (oxumaq, yazmaq, danışmaq və dinləmək qabiliyyəti;
Kompyuterdən istifadə bacarığı, MS Office proqramlarıla (Word, Excel)  işləmək qabiliyyəti;
Yaş həddi minimum 24-25;
Qısa müddətdə öyrənmə qabiliyyəti;
Məsuliyyətli, punktual, dəqiq və işgüzar olmalı;
Müştərilərlə işləmək qabiliyyəti;
Komandada işləmək və işini vaxtında təhvil vermək bacarığı;
Təzyiq altında işləmək bacarığı;

 

Maraqlanan şəxslər veb səhifədə göstərilən ərizə formasını doldurub [email protected] ünvanına göndərə bilərlər. ŞƏXSİ CV-lər QƏBUL OLUNMUR.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur.
Elana verilmiş vakansiya üzrə yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Ərizə forması (2)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı