ƏSAS SƏHİFƏ

Vasif Zeynallı – Şərqdə ilk demokratik dövlət

Vasif Zeynallı

Şərqdə ilk demokratik dövlət
Dünya sivilizasiyasının ən qədim ocağı olan Qədim Şərq və özünün sərvəti,zəngin xammal ehtiyatları,iqlimi,igid oğul və qızları ilə Şərqin tacı hesab olunan Vətənim Azərbaycan!Azərbaycan sözü ilk dəfə kimin dilindən çıxıbsa,zaman keçdikcə bu söz kimi onun hər qarış torpağı bizim üçün doğmalaşıb,ana vətənə çevrilibdir.Müqəddəs bir varlığa-anaya olan məhəbbətimizi vətənimiz Azərbaycana həsr etmişik,ona ana demişik.
Azərbaycan!Odlar Yurdu!İgidlər,mərd oğullar,mübarizlər,qorxmazlar Vətəni!Tarixlərdə izi qalan,sözü qalan qoca “Şərqin qapısı”!Sən nə qədər əzizsən,müqəddəssən,doğmasan!Xalq şairimiz Məmməd Arazın bir bənd şerilə desək…
Azərbaycan!Mayası nur,qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyəndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Azərbaycanım!Sən alovlardan,odlardan keçərək “Odlar Yurdu” kimi tarixə düşdün.Hər qarış torpağında,hər daşında Babək vüqarı,Nizami mətanəti,Koroğlu mərdliyi,Nəbi qoçaqlığı görünür.
Azərbaycanım!Sən həmişə demokratikliyinlə,insanpərvər-qonaqpərvərliyinlə,oğul və qızlarının gözəlliyi və igidliyi ilə qoca Şərqi və həmişə sənə yağlı tikə kimi baxan Qərb dünyasını heyran qoynusan.Ona görə də min illər boyu o biri üzündən assuriyalılar,yunanlar,romalılar,bizanslılar,Bizansın əlaltıları olan erməni və gürcülər,ərəblər,monqollar və başqaları torpaqlarımıza basqın etsə də,son anda vətən oğulları onları dəf etmiş,yurdumuzdan qovmuşlar.Hər dəfə tikan olub gözlərinə batırdıq,qara donlu,xain düşmənlərimizin.İgid oğullarımızın qanı bahasına olsa da torpaqlarımızı qoruya bilirdik.
Təkcə XX yüzillikdə milli azadlığımızı boğanlar qarşı 3 dəfə Güney Azərbaycanda,2 dəfə Quzey Azərbaycanda mücadiləyə qalxaraq,müvəqqəti olsa da müstəqil olmuşuq.
1918-ci ilin bir yaz günündə Azərbaycan torpağında istiqlal günəşi parladı-28 May günəşi!Həmin gün Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu.Şərqdə ilk türk-müsəlman Azərbaycan Demokratik Cümhuriyyəti yarandı.Azərbaycanın azadlığınıbəyan edən “İstiqlal bəyannaməsi”-ndə Azərbaycanın həmin gündən müstəqil olduğu bildirilirdi.Burada bildirilirdi ki,Azərbaycan dövləti Xalq Cümhuriyyəti(Respublikası) şəklində idarə olunacaqdır.Bu,o demək idi ki,Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqının seçdiyi adamlar idarə edəcəkdir.Demokratik bir dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dünyada Azərbaycan Demokratik Respublikası kimi tanındı.
Azərbaycan Xalq Cümhuriyyəti bütün Türk-islam,ümumiyyətlə Şəqr aləmində ilk Xalq-demokratik respublika idi.
Parlament seçkilərinə qədər Azərbaycanı Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Milli Şura və Müvəqqəti hökumət idarə etməli idi.Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski oldu.
Lakin o zaman bütün Türk-islam Şərqində yenicə azadlığa çıxmış ilk respublika olan gənc dövlətimizin vəziyyəti son dərəcə ağır idi.Odur ki,Azərbaycan Respublikası iyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağladı.Müqaviləyə əməl edən Osmanlı hökuməti dərhal hərbi qüvvə göndərdi.Göyçay yaxınlığındakı döyüşlərdə Osmanlı və Azərbaycan könüllülərinin birləşmiş Bakı Sovetinin qoşunları üzərində qələbə çaldılar.Xalqımıza qarşı soyqırımı həyata keçirənlərin bir qrupu öz cəzasına çatdı.
1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad edildi və Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı oldu.Xalqımızın vətənpərvər oğlu Məhəmməd Əmin Rəsulzadə zaldakı üç rəngli bayrağı göstərərək bu azadlıq bayrağının daima başımızın dalğalanacağını bildirərək “Bir kərə yüksələn bayraq,bir daha enməz”- söylədi.
Azərbaycan Parlamentində xalqın xeyrinə qəbul edilmiş qanunlara görə Azərbaycanda doğulmuş hər kəs millətindən və dinindən asılı olmayaraq Azərbaycan Respubilikasının vətəndaşı sayılırdı.Doğma vətənimiz Türk-müsəlman dünyasında birinci ölkə idi ki,seçib-seçilmək hüququ verirdi.
Azərbaycan hökuməti əhalinin yaxşı yaşaması üçün dağıdılmış təsərrüfatı dirçəltməyə başladı.Xalqın savadlanmasına xüsusi fikir verilir,yaşlılar üçün savad kursları,ibtidai qız məktəbləri və başqa məktəblər təşkil edirdi.Əvvəlcə ibtidai məktəblər üçün müəllimlər İstanbuldan dəvət olundu,sonra aşağı siniflər üçün müəllimlər hazırlamaq kursları təşkil olundu.Dərsliklər yazılır və başqa dillərdən tərcümə olunurdu.Bakı Dövlət Universiteti 1919-cu ildə açıldı.Azərbaycan gənclərinin bir dəstəsioxumaq üçün xaricə göndərildi.Milli muzey-“İstiqlal muzeyi” yaradıldı.
Vətənimiz Azərbaycan Rusiya və İran arasında bölüşdürülməsindən sonra ilk dəfə idi ki,xalqımız öz dövlətini yaratmış,azadlığa qovuşmuşdu.Təəsü ki,Azərbaycan üzərində azadlıq günəşinin parlaması yalnız 23 ay çəkdi.Rusiya imperiyasının Bakı neftinə olan marağı Azərbaycanın işğal edilərək 1920-ci il aprel ayının 27-də “qırmızı imperiya”-yailhaq olunmasına səbəb oldu.

Zeynallı Vasif Vaqif oğlu Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix fakültəsinin II kurs tələbəsi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı