CƏMİYYƏT 2020.10.12 10:00

Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü ilə bağlı vebinar təşkil olunub

40

Amerikanın paytaxtında böyük nüfuza malik Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutu (Jewish Institute for National Security of America – JINSA) tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinə dair vebinar keçirilib. Görüşün iştirakçıları JİNSA-nın İcraçı direktoru Maykl Makovski, Mərkəzi Asiya, Qafqaz və Türkiyə ölkələri üzrə tədqiqatçı Svante Kornel və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov olub.

AZƏTAC xəbər verir ki, Mayk Makovski son günlər Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından danışıb. Səfir Elin Süleymanov hazırkı döyüşlərin Azərbaycan ərazisində baş verdiyi və Azərbaycanın torpaqlarının işğalını təsdiq edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl edərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını təmin etməli olduğunu diqqətə çatdırıb.

Səfir bildirib ki, cari ilin iyul ayında təmas xəttindən kənarda Ermənistanın Azərbaycana Tovuz rayonu istiqamətində hücumu Azərbaycanın enerji layihələrinə zərbə vurmaq məqsədini daşıyırdı. Sentyabrın 27-də Ermənistan yenidən Azərbaycana hücum edərək növbəti təxribat törədib. Hücumlar zamanı Ermənistan mülki əhalinin yaşadığı Azərbaycanın ikinci böyük şəhəri Gəncə və elektrik stansiyanın yerləşdiyi Mingəçevir şəhəri, Bərdə rayonunu artilleriya atəşinə tutaraq dinc əhalini hədəfə alıb. Regionda sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxartmasının vacib şərt olduğu diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycanla İsrail arasında yaxın əməkdaşlıq və tərəfdaşlıq olduğunu, əlaqələrin çoxsaylı və uğurlu olmasını vurğulayan səfir E.Süleymanov deyib ki, Ermənistanın məqsədi məhz bu uğurlara zərər yetirməkdir. Halbuki Azərbaycan İsrail ilə müsəlman dövlətlər arasında münasibətlər üçün nümunədir. Səfir eyni zamanda təəssüf hissi ilə qeyd edib ki, hərbi təxribatlar və hücumlarla yanaşı, hazırda Ermənistan tərəfindən geniş dezinformasiya kampaniyası aparılmaqdadır. Bu dezinformasiya sovet zamanı klassik propoqanda aparılır və əsası olmadan yalan məlumatlar yaymaqdan ibarətdir. Təəcübedici hal odur ki, özlərini peşəkar politoloq və jurnalist hesab edən şəxslər heç bir faktoloji yoxlama aparmadan bu kimi yalan məlumatı xəbər kimi təqdim etməkdədir. Belə bir dezinformasiyanın məqsədi Azərbaycan torpaqlarının işğal edilməsi, mülki əhaliyə hücumları və bölgəyə terrorist qrupların cəlb olunması barədə məlumatlar yaymaqdır.

Svante Kornell Azərbaycanın strateji əhəmiyyətini vurğulayıb, regionda vacib rolunu nəzərə çatdırıb. Həmçinin NATO Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz etdiyi bildirilib. Diqqətə çatdırılıb ki, bu münaqişə davam etdirdikcə Ermənistan özünü regionda təcrid edir. Daha sonra Kornell bu münaqişədə Rusiya və Türkiyənin təsiri barədə fikirlər səsləndirib və ATƏT-in Minsk Qrupunun fəaliyyətini qərb diplomatiyasının uğrusuzluğu kimi dəyərləndirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı