DÜNYA 2020.04.08 00:33

Virusun yayıldığı Çin şəhərində bütün qadağalar aradan qaldırıldı

53

Çin koronavirusla mübarizədə tam qələbəyə çox yaxındır. Son sutka ərzində heç bir ölüm qeydə alınmayıb. Üstəlik, pandemiyanın episentri sayılan Vuhan şəhərində bütün qadağalar aradan qaldırılıb.

Çin şəhəri normal həyata qayıdıb. Vuhanın ölkənin qalan hissəsi ilə əlaqəsi bərpa edilib. İnsanlar küçəyə çıxmağa başlayıb. Düzdür, vuhanlılar maska taxmağa davam edirlər. Buna baxmayaraq, qadağaların aradan qaldırılması onları çox sevindirir.

Sosial şəbəkələrdə yayılan videolarda insanların bu hadisəni qeyd etdiyi görünür. Maşınlar maneələrin aradan qaldıırlmasından sonra rahatca hərəkət edir.

Çindən pandemiya haqda ilk məlumat keçən ilin dekabrında gəlmişdi. İndiyə qədər bu ölkədə 81 min 740 virus daşıyıcısının qeydə alındığı bildirilir. Ümumilikdə 3331 nəfər pandemiyadan həyatını itirib.

Bizimyol.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı