ƏSAS SƏHİFƏ

Vizasız gedə biləcəyimiz 58 ölkə – SİYAHI

653

Bunu iqtisadçı ekspert Samir Əliyev öz “Facebook” səhifəsində qeyd edib.

O, ən xoşbəxt vətəndaşlar reytinqində 1-ci pilləni Finlandiya, Almaniya, İsveç, ABŞ və Böyük Britaniya vətəndaşlarının tutduğunu bildirib:

“Henley and Partners konsaltinq şirkəti”nin ekspertləri pasportların effektivlik reytinqini tərtib ediblər. Bal əsasında tərtib edilən reytinq cədvəlində Azərbaycan Qırğızıstan və Beninlə birgə 70-ci yeri bölüşüb. Reytinqə görə, Azərbaycan pasportu ilə 58 ölkəyə vizasız səfər etmək olar. Reytinqə ümumilikdə 219 ölkə-ərazi daxil edilib və 94 mövqedən ibarətdir. Hər yerdə bir neçə ölkə təmsil olunur. Bal pasport sahibinin vizasız gedə bildiyi ərazilərin sayı əsasında hesablanır.

Məlum olub ki, ən xoşbəxt vətəndaşlar reytinqində 1-ci pilləni tutan Finlandiya, Almaniya, İsveç, ABŞ və Böyük Britaniya vətəndaşlarıdır. Onlar 174 ölkəyə vizasız daxil ola bilərlər. Müqayisə üçün bildirək ki, 2014-cü ildə müstəqil dövlətlərin sayı 195 olub.

Reytinqdə ən sonuncu – 94-cü yeri bölüşən ölkə Əfqanıstandır. Ölkə vətəndaşları 28 ölkəyə gedə bilər. Ən qapalı ölkə sayılan Şimali Koreya cədvəldə 86-cı, qonşusu Cənubi Koreya isə 3-cü yerdədir”.

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələri təqdim edirik:

I qrup üzrə Azərbaycan və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları aşağıdakı dövlətlərə vizasız gediş-gəliş əldə edə bilərlər:

Albaniya, Almaniya, Argentina, Avstriya, Belçika, BƏƏ, Bolqarıstan, Bosniya və Herseqovina, Braziliya, Çin, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, İndoneziya, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kolumbiya, Koreya, Kipr, Kuba, Küveyt, Latviya, Litva, Liviya, Lüksemburq, Macarıstan, Malta, Meksika, Mərakeş, Monteneqro, Niderland, Pakistan, Polşa, Peru, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Suriya, Türkiyə, Türkmənistan, Yunanıstan, Vyetnam, Uruqvay.

II qrup üzrə isə Azərbaycanın və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, diplomatik, xidməti və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar:

Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya,  Tacikistan, Ukrayna, Türkiyə, İran.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı