CƏMİYYƏT 2020.10.13 13:24

Voronej və Arxangelskdəki Azərbaycan diasporu şəhid ailələrinə dəstək göstərir

32

“Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyəti və “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla birlik və həmrəylik nümayiş etdirərək, ölkəmizdə gedən Vətən müharibəsinə öz dəstəyini göstərir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təşkilatların dəstəyi ilə Azərbaycanın cəbhə bölgəsində yaşayan sakinlərə, şəhid ailələrinə və ordumuzun əsgərlərinə yardım kampaniyası təşkil edilib.

Kampaniya çərçivəsində diaspor təşkilatlarını təmsil edən könüllülər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ailələrini ziyarət edir, başsağlığı verir və humanitar yardım göstərir.

Diaspor rəhbərləri bildirib ki, bu humanitar aksiya müharibə sona çatana qədər davam edəcək və Azərbaycanın bütün bölgələrini əhatə edəcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı