DÜNYA 2020.11.11 13:14

Voronejdəki soydaşlarımız cəbhəyanı ərazilərin sakinlərinə dəstəyi davam etdirir

18

Xaricdə yaşayan soydaşlarımız müxtəlif platformalarda dövlətimizə və ordumuza dəstəyi davam etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün bütün imkanlarını səfərbər edən soydaşlarımız, həm də cəbhəyanı zonada yaşayan, maddi zərər dəymiş sakinlərə də vaxtaşırı kömək edirlər.

Növbəti belə bir addım Voronej azərbaycanlıları təfərindən atılıb. “Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyətinin sədri Mehdi Mehdiyev bildirib ki: Burada yaşayan azərbaycanlılar cəbhəyanı ərazilərə yardımlarını davam etdirir. Bizim nümayəndəmiz Tərtər rayonunun Səhləbad kəndində yaşayış evləri müharibədən zərər çəkmiş sakinlərlə görüşüb. Voronejdə yaşayan azərbaycanlıların salamını və köməyini onlara təqdim edib”. Diasporla İş üzrə Dövlət Komitəsi bu tarixi və şərəfli günlərdə dövlətimizin və xalqımızın yanında olan bütün soydaşlarımıza öz minnətdarlığını bildirir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı