ƏSAS SƏHİFƏ

Wi-Fi şifrəsini qorumağın yolları

647
Wi-Fi şəbəkəsi internetə rahat çıxışı təmin edir.Ancaq wi-fi istifadə edərkən bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır.Məsələn,wi-fi şifrəsi oğurlana bilər.Bunun qarşısını almaq üçün bir sıra üsullar var.
Ev və ofislərdə wi-fi modemlərin çoxalması şifrə məsələsini gündəmə gətirir. İaşə obyektlərində şifrəsiz olsa da bir çoxları paylayıcıları başqasının istifadəsinə bağlayır.Çünkü wi-fi internet paylayıcılarına qoyulan şifrələrin sındırılaraq kibercinayətlərdə istifadə edilmə ehtimalı var. Bəs bunun qarşısını necə almaq olar?
Mütəxəssislər bildirir ki, ilk növbədə wi-fi paylayıcının sazlanma interfeysinə daxil olaraq şəbəkənin adını və şifrəsini gizlətmək olar
İkinci üsul kimi sazlanma interfeysində wi-fi təhlükəsizlik bölməsinə daxil olaraq şifrələnmə tipini dəyişərək ƏPA2 kimi qeyd etmək lazımdır.
Başqa bir üsul isə filterləmədir.Hansı kompyuterlərin yaxud da telefonların daxil olmasını istəyirsizsə onların fiziki adreslərini sazlama interfeysindəki wi-fi filter bölməsina daxil etmək lazımdır
Bu üsuldan sonra şifrə açıq saxlandığı halda belə kiminsə tərəfindən sındırılsa da internetdən istifadə etmək mümkün olmayacaq.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı