Xəstəxanalardan birinə yeni baş həkim təyin edilib

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edilib. Bu vəzifəyə İsmayıl Mirzəliyev təyin olunub.

O, əvvəllər Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyib. İ.Mirzəliyev eyni zamanda, Mərkəzi Neftçilər Xəstəxanası baş direktorunun birinci müavini vəzifəsini həyata keçirəcək.

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasına baş həkimi vəzifəsinin icrası müvəqəqti olaraq Əlyar Sərvərova tapşırılıb.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here