BAXIŞ BUCAĞI 2020.02.07 17:00

Xəyanət bağışlanmır!

422

Babam böyük bir müharibənin – İkinci Cahansavaşının iştirakçısı olub. Sovet qoşunları tərkibində faşizmlə müttəfiq olanişğalçılara qarşı şərq cəbhəsində vuruşub. Müharibədən yadigar qalan medalları,ordenləri ilə yanaşı sağ əlindəki qəlpə izini də daim xatırlayıram. Yeniyetməlikdövrümdə dostlarım da mənə həsəd aparardı ki, babam ibrətamiz ömür sürüb,qanlı-qadalı döyüş yolu keçib.

Bəzən söhbətlərimizdə ağrılı-acılı döyüşepizodlarını xatırladıb müharibənin bəşəriyyət üçün çox təhlükəli bir kabusolduğunu deyərdi. Bir dəfə isə Vətənə xəyanət etmiş bir döyüşçüdən danışdı,onun komandanlığın əmri ilə məhkəməsiz-filansız yerindəcə güllələndiyini qeydetdi. Ona zillənən təəccüb dolu baxışlarımı sezib dərindən ah çəkdi. “Oğlum, Vətənəxəyanət heç zaman bağışlanmır, çünki böyük günahdır. Torpağa Vətən deyib onunüzərində dünyaya göz açan, onun havasından, suyundan, duz-çörəyindən, hər birnemətindən dadan insan övladı heç bir zaman Vətəninə, ölkəsinə qarşı nankorolmamalıdır! Belələrinə insan demək düzgün deyil və onlara ən ağır cəzanınverilməsi ədalətli qərardır.”

Bəlkə də İkinci Dünya müharibəsi illərindəSovet dövlətinin rəhbəri İosif Stalinin Vətən xainlərinə tətbiq etdiyi amansızmübarizə üsulu olmasaydı, müxtəlif millətlərin cəmləşdiyi İttifaqda böyük bir “Xainlərordusu” yarana bilərdi. Adı tarixin səhifələrinə faşizm üzərində şanlı qələbəninfatehi kimi həkk olunmuş Stalin xain döyüşçülərin tribunalın əmri ilə güllələnməcəzasına məhkum olunması barədə qərar vermişdi. Əslində bu qəti addıminsanların ürəyində vahimə, qorxu yaratmışdı, heç kimin Vətənə xəyanət etməyəcürəti çatmazdı və hər kəs yaxşı bilirdi ki, belə cinayətkarın son aqibətiamansız olur.

Tarixin müxtəlif dövrlərində, heç bir ölkədə,heç bir xalqda Vətəninə, xalqına, ölkəsinə, Andına xəyanət edən heç bir kəsəgüzəşt olunmayıb, heç kim bağışlanmayıb. Bir neçə il əvvəl Türkiyə mətbuatındarast gəldiyim bir məlumatı xatırlayıram. Sən demə, dünya ordularına meydanoxuyan böyük türk ordusunda da xainlər olub, Vətəninə, millətinə xor baxanlara,nankorlara rast gəlinib. Hökumətin qərarı ilə sahibsiz heyvanların sığınacağıolan ərazidə “Xainlər qəbiristanlığı” salınıb.

Türk xalqları həmişə xainləri asaraq edamediblər. Cəmiyyətimizdə belə nankorlara heç zaman yer verilməyib. Vətənə xəyanətəgörə məhkum edilənləri və tarixi düşmənimiz olan ermənilərlə əməkdaşlıq edənlərimüdafiə etmək və onlara haqq qazandırmaq xalqımızın tarixinə, mənəvi dəyərlərinə,amal və əqidəsinə qarşı haqsızlıqdır.

2016-cı ildə ordumuzun xalqımıza yaşatdığıaprel zəfərinin sevincindən az bir müddət sonra Vətənə xəyanət edib, Ermənistanınxeyrinə casusluq edənlərin sorağını aldıq. Bu xəbər  ehtiyatda olan bir zabit kimi məni də dərindənsarsıtdı. Qarabağ savaşının ağrı-acılarını yaşamış bir azərbaycanlı olaraq təəssüfedirəm ki, ordumuzun sıralarında Vətən xainləri peyda oldular. Onların arasındarast gəlinən zabitləri, gizirləri eşidəndə bir şeyə təəccübləndim: Görəsənbu  nankorlar müqəddəs Vətən andını, Hərbiandı necə unuda bildilər? Deyirlər ki, and adama qənim olur, gərək onlara da Vətənimizinduz-çörəyi qənim olsun. Gərək nə qədər mənəviyyatsız, ləyaqətsiz  olasan ki, maddi ehtiyaclarını ödəmək,varlanmaq üçün düşmənə casusluq edəsən.

Görəsən bu xəyanətkarlar öz murdar və cinayətkarəməllərini həyata keçirdikləri zaman erməni vandalları tərəfindən zaman-zamangünahsız soydaşlarımıza qarşı törədilmiş müsibətlərdən bixəbər idilərmi?  Bəs, onlar Vətənə xəyanət edəndə öz ailələrini,zavallı valideynlərini düşünmədilərmi? Heç bir əməl gizli qalmır, hər bir əməlinüstü gec-tez açılır. Belə nankorların da əməllərinin üstü açıldı və şübhəsizonlar da vaxtında ən ağır formada cəzalarını aldılar. Böyük, qüdrətli dövlətimizbelələrini sərbəst buraxa bilməzdi. Axı onların xəyanəti dövlətimizi, ordumuzusarsıtdı, neçə döyüş əməliyyatının pozulmasına, nə qədər hərbçimizin, xüsusitəyinatlılarımızınitkilərinə səbəb oldu.

Bəzi xəyanətkarların ailə üzvləri, qohum-əqrabalarıyenidən, kimlərsə tərəfindən ortalığa çıxarılır və hansısa anti-Azərbaycan qüvvələrininəlində ucuz vasitəyə, çirkin məqsədlərə xidmət edən alətə çevrilirlər. Onlarsosial şəbəkələrdə özlərini haqlı çıxarmağa cəhd edir, üzdəniraq hərəkərlərəyol verənlərə bəraət  tələb edirlər.

Bu günlərdə “Youtube” də yayımlanan birepizodu hiddətlə dinlədim. Vətən xainlərindən birinin doğması dil-dil ötür,kimlərinsə nahaq yerə cəzalandırılmasından danışırdı. Cinayət törətmiş bütünmüqəssirlər dövlət, onun konstitusiyası və qanunların aliliyi qarşısındagec-tez cavab verməli olacaqlar. Biz hüquqi dövlətdə yaşayırıq, törətdiyi əmələgörə qanun qarşısında hamı cavabdehlik daşıyır. Əlbəttə, təhqiqatın gedişində əgərkimlərsə öz vəzifə səlahiyyətlərini aşıbsa, yəqin ki, onlar da öz layiqli cəzalarınıalıblar. Lakin, Vətənə xəyanəti sübut olunanlar artıq ən ağır şəkildə cəzalandırılıbvə bundan sonra da cəzalandırılacaqlar.

Fikrimizcə, bu da oyunun, xəyanətin birparçasıdır. Görünür bu insanları şirnikləndirib ortaya atan bəzi qüvvələr var,o qüvvələrin də ifşa edilməsi yerinə düşərdi. Kim bilir, bəlkə də belələrixarici düşmənlərimiz tərəfindən hərəkətə gətirilir. Bəlkə də, hələ xəyanət zəncirininaçılmamış halqaları qalır…

Arif PƏNAHLI,
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı