CƏMİYYƏT 2020.09.16 09:35

Xəzər rayonu könüllülərinin iştirakı ilə “Su həyatdır” aksiyası keçirilib

19

Xəzər rayonunda könüllülərin iştirakı ilə “Su həyatdır” devizi altında aksiya keçirilib. Xəzər Rayon Gənclər və İdman İdarəsinin nəzdində könüllü fəaliyyət göstərən “İntellektual Gənclər və vətənpərvərlik” klubunun üzvləri aksiyada fəal iştirak ediblər.

Aksiyanın təşkilində məqsəd Xəzər rayonunda abadlıq işlərində çalışan şəxslərə könüllülər tərəfindən içməli su təqdim etməklə rayon sakinlərinin minnətdarlığını onların diqqətinə çatdırmaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı