“Xəzərin statusu ilə bağlı tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşıb

Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşıb.
Bunu Azərbaycanın xarici işlər Naziri Elmar Məmmədyarov “RİA Novosti”-yə müsahibəsində bildirib.
“Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup yaradılıb. Yekun sənədin təxminən 70-80 faizi artıq razılaşdırılıb”, – deyə Məmmədyarov qeyd edib.
Nazir qeyd edib ki, Xəzər dənizi – “ayıran deyil, birləşdirən sərvətdir”.
“Xəzəryanı dövlətlər addım-addım cəhdlərini birləşdirərək, məsələnin həllinə yaxınlaşmaları müsbət amildir. Baxmayaraq ki, dənizin hüquqi statusu hələ müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı fəaliyyət, terrorizmə qarşı mübarizə kimi məsələlərdə hüquqi baza formalaşdırılıb. Məhz bu baza bizə imkan verir ki, hüquqi status məsələsinin müəyyən edilməsi istiqamətində irəliləyişə nail olaq”, – deyə Məmmədyarov qeyd edib.
AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here