ƏSAS SƏHİFƏ

Xəzinədarlıq üzrə yarım bölmə rəhbəri

595

Şöbə:  Maliyyə Departamenti

Vəzifənin adı: Xəzinədarlıq üzrə yarım bölmə rəhbəri

Vəzifə təlimatı:  Beş işçidən ibarət komandaya rəhbərlik etmək, onların işinə nəzarət etmək, onları yönləndirmək, qiymətləndirmək, gündəlik işin aparılmasını tənzimləmək; Maliyyələşdirmə ilə bağlı sənədləri hazırlamaq, kreditlərin götürülməsi prosesini həyata keçirmək, kreditlərin və faizlərin ödənilməsinə vaxtlı-vaxtında ödənilməsinə nəzarət etmək; Nəğd vəsaitlər və maliyyələşdirmə ilə bağlı proseslərin hazırlanmasında iştirak edib bu prosesləri həyata keçirmək; Şirkətin bank hesabları ilə əlaqədar lazımi sənədləri hazırlamaq və bank hesablarına nəzarət etmək; Onlayn ödənişlərlə bağlı proseslərə nəzarət etmək və yeni onlay ödəniş metodlarının işlənib hazırlanmasında iştirak etmək; Auditin tamamlanması üzrə həm daxili həm də xarici müstəqil auditorlarla qarşılıqlı fəaliyyət göstərmək, nəğd vəsaitlər və maliyyələşdirmə ilə bağlı yekun jurnal qeydləri və audit düzəlişlərini nəzərdən keçirib qeyd etmək, maliyyə hesabatlarındakı hesablar dövriyyəsini təhlil etmək, baş kitab, sınaq balansı və maliyyə hesabatlarını təhlil edib, nəzərdən keçirib hazırlamaq, mühasibatlıq üzrə uyğunsuzluqları aradan qaldırmaq; Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək funksiyasını səmərəli və faydalı icra etmək, qanunvericiliklə üzərinə düşən digər vəzifələrin icra olunmasını öz öhdəsinə götürür.

Təhsil: İqtisadiyyat və ya Maliyyə sahəsində ali təhsil.

Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək

Komputer bacarıqları: Word, Excel və Outlook proqramlarını əla səviyyədə bilmək

İş təcrübəsi: Müvafiq sahədə ən azı 3 il təcrübəsi olan

 

application_form_az (2)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı